Vəkil adından qanunsuz istifadə edənlər aşkarlandı - <span style="color:red;">FOTO
14 may 2018 10:32 (UTC +04:00)

Vəkil adından qanunsuz istifadə edənlər aşkarlandı - FOTO

Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanıb.

Qurumdan Lent.az-a daxil olan məlumata görə, problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının əməkdaşları və Vəkillərin İntizam Komissiyasının üzvləri tərəfindən ölkə üzrə müəyyən araşdırmalar aparılıb.

Habelə, Vəkillər Kollegiyasının adına əqli mülkiyyət hüququ əsasında rəsmi qeydiyyatdan keçmiş bir sıra ifadələrdən, eləcə də vəkil adından qanunsuz istifadə hallarının aradan qaldırılması istiqamətində qanunla müəyyən olunmuş qaydada zəruri tədbirlər görülüb. Qurumdan bildirilib ki, belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir.

Vəkillik təsisatının nüfuzunun artırılması, vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması məqsədilə araşdırma tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Qurumun rəyasət heyəti vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacağını da bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Tural TURAN

Oxşar yazılar