Uşaqlığımın kinosu
05 yanvar 2017 10:32 (UTC +04:00)

Uşaqlığımın kinosu

 

Adamın gərək uşaqlıqdan sevdiyi bir kinosu olsun, o kinoda sevdiyi bir obrazı olsun. O obrazın da sevdiyi bir əşyası olsun. Olmursa, daha o nə adam oldu?! O adam nə sevə biləcək, nə şeir dinləmək  mədəniyyəti olacaq, nə  də bir adama yaxşlılıq eləyəcək. Əlindən ancaq pislik gələcək.

 

O, sənin ya tələbə yoldaşın,  ya müdirin, ya qonşun,   ya da təsadüfən tanış olduğun bir adam olacaq. Hər nə isə... O adamla hər an qarşılaşacaqsan, mübahisə edəcəksən. Cəmiyyətin boyük və əsas hissəsi həmişə  onun tərəfində dayanacaq.

 

Çünki  uşaqlıqdan bəri onun  sevdiyi  kinosu yoxdur.  Uşaqlıqdan sevdiyi kinosu olmayanlar dünyanın ən bədbəxt adamlarıdır. Bədbəxtliyin yekəsi də ondadır ki, onlar heç vaxt bədbəxt olduqlarını bilmirlər.

Elə burdaca keçək uşaqlığımın kinosuna.

 

7-ci sinfdə oxuyurdum,  13 yaşım vardı, dedilər, kəndimizə kino gəlib, baxmağı da  bir manat. Kənddə klub yox idi. Dedilər ki, gərək kino məktəbdə göstərilə, özü də günün günorta çağı. Kinoverənlər məktəbimizdə ədəbiyyat kabinəsini seçdilər. Pəncərələri qara parçalarla bağladılar. Guya axşamdı.

 

Nənəm qocalıq pulundan mənə  “tramvayın altda qalmış”    manatlıq verdi. Bir şərtlə ki, gərək  kinonu ona başdan-ayağa danışam. Gəldim məktəbə. Gördüm, yerlər tutulub. İlk qarşılaşdığım adam sinif rəhbərim oldu. Özü də dar bir yerdə. Son günlər dərsə gəlməməyimin üstə  lazım olan danlaqları ondan  can-başla  qəbul  edib  əyilə-əyilə  keçdim  içəri. Lap qabaqda dizlərimi yerə qoyub başladım   kinoya tamaşa eləməyə. Dizlərimin ağrısını vecimə almırdım. Dizimə dirənən mismarın başı sinif rəhbərimin danlağını xatırladırdı mənə. Getdikcə döşəməyə çökürdüm. Niyə də çökməyim?  Kinoda hər şey bizimki kimi. Atlar bizimki, Novruz bayramı bizimki,  yumurtalar, kosa və keçəl eynən bizim kənddəki kimiydi. Düşünürdüm ki, Cəlalın ölüm səhnəsini danışsam, nənəm hönkür-hönkür  ağlayacaq. Verdiyi pula heyifi gəlməyəcək.

 

Kino qurtardı, hamımız çıxdıq çölə. Şalvarımın dizlərini  döşəmənin taxtası cırmışdı. Qaçdım nənəmin yanına. Kinonu nətər təsirli  danışdımsa, nənəm bir saat kirimədi.   Qonşular da gəldi, onlar da başladı  ağlamağa.

 

Kənddə ağlamağın özü də bir incəsənət sayılır. Adam ağlayanda ağrıları kəsir, promlemləri bir az yaddan çıxır. Ağlayıb qurtarandan sonra özünü sanatoriyadan  yenicə gəlmiş kimi hiss eləyir. Nənəmə dedim, yenə kino var,  çünki axsam saat 10-a kimi kino  göstərmək  nəzərdə tutlulub. Nənəm bir manat da verdi ki, get bax, gəl danış mənə, bir az da ağlayım, başımın ağrısı kəssin. Getdim qabaqda yer tutdum. Baxdım ki, yenə həmin kino – “Yeddi oğul istərəm” filmi.  Gözlərimə inana bilmirdim, ikinci dəfə adam necə ölə bilər? Axı Cəlal  bayaq ölmüşdü, indisə sağdır. Əgər elədirsə,  biz onu yenidən ölməyə qoymayaq gərək. Ayağa qalxdım, yuxarı sinif uşaqları mənə başa saldılar ki, bu, kinodur, lentdir, istəsələr, min dəfə təkrar  göstərə bilərlər və Cəlal da  min dəfə  də ölüb-dirilər. Yanıb tökülürdüm. Bəs belədirsə, bəs  bizi niyə  aldadıb ağladırlar. Mən özüm cəhənnəmə, bəs nənəmə bir manatın əvəzinə nə deyəcəm? O deməz ki, bəs bayaq ölən adam indi necə oldu ki, dirildi?  Naümid gəldim evə. Başladım nənəmə yalandan  kino uydurmağa. Guya  Hümay ölməyibmiş. Səhranın başında yoncalıq varmış, içində bir boz at otlayırmış. Hümay minir ata, kəndin ayağından, baxça tərəfdən (guya) fırlanıb gəlir Bəxtiyarın yanına. Bəxtiyarı götürüb gedir, dədəsinin əmisi oğlanlarının hamısını qanına qəltan edir. Tapançanı dirəyir Kələntərin qulağının dibinə, ölənlərin ruhuna bir salavat çevirtdirir. Nənəm  soruşdu ki, bəs sonra nə  oldu, Hümay ölmədi ki?! Dedim, yox, bəlkə,  bir-iki aya öldürərlər. Belə deməklə gələcək “manat”ların  yerini elədim.  Elə bu zaman nənəm bir qıyya çəkdi, dedi, Humay mənim  dost-doğmaca əmim qızı olmalıdır. Onun qeyrətinə qurban olum. Mən yavaşca  aradan əkildim.

 

Bəli, mənim uşaqlığımın ilk kinosu “Yeddi oğul istərəm” filmidir. Dizimin ağrısı kimi, o kino bütün xırda cizgilərinə qədər yadımdadır. Çünki o kinoya dizlərimi yerə qoyub baxmışdım. Hər dəfə nənəmə o filimin yeni seriyalarını uydururdum. Daha durub deyə bilməzdim ki, Cəlal  yenə ölüb-dirilir. Onda bu, nə ağlamaq oldu?! Nənəmin təkrar  ağlamaqla arası yoxdur. O, nə ağlasa, təzə ağlayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05