Ucar rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, rayon mərkəzində Vəsilə Zahidova küçəsində 1941-ci il təvəllüdlü Qasımov Əlövsət Abdulla oğlu yaşadığı evin həyətində özünü asıb.
Hadisə yerinə baxış keçirən istintaqçılar mərhumun tərəfindən yazılan məktubu tapıblar. Əlövsət Qasımov məktubda yazıb ki, kiçik oğlu Talehin ölümünə dözə bilmədiyi üçün intihar etmək qərarına gəlib.
Məlum olub ki, Ə.Qasımovun kiçik oğlu Taleh Qasımov 2007-ci Moskvada skinhedlər tərəfindən amansızlıqla öldürülüb. Bu işdə təqsirli olanlar hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb. Məlumatda o da bildirilir ki, Əlövsət Qasımov kiçik oğlunu çox istəyirmiş.
*****
10:57
Ucar rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında səhərin Vəsilə Zahidova küçəsi, ev 54-də baş verib. Ucar rayon sakini 1941-ci il təvəllüdlü Qasımov Əlövsət Abdulla oğlunun ipdən asılmış meyiti yaşadığı evin həyətindəki tövlədən tapılıb. Hadisənin baş vermə səbəbi Ucar rayon Prokurorluğunda araşdırılır.