Masallı rayonu, Həsənli kəndində (rayon mərkəzindən 10 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,ərazidə olan əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 5 km aralı) məxsus ümumi sahəsi 12 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 19:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Salyan rayonu, Dövlət Qoruğunun ərazisində 400 ha sahədə quru ot və kol-kos yanıb. Qoruğun qalan hissəsi, ərazidən keçən yüksək gərginlikli elektrik xətləri və qonaq evləri yanğından mühafizə olunub.
Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.