Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının quru qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Nazir Azərbaycana gəlişini məmnunluq hissi ilə qeyd edərək bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirib.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə görə, H. Kıvrıkoğlu “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” və Azərbaycan Silahlı Qüvvələrinin “95 illik yubiley” medalları ilə təltif olunub.
Türkiyəli general Azərbaycanın iki medalı ilə təltif olundu
503