Türkiyədə FETÖ terror təşkilatı ilə sıx əlaqəsi olduğu üzə çıxan 72 polkovnik həbs edilib.
Lent.az Anadolu Ajansına istinadən bildirir ki, Türkiyə polisi Ankarada genişmiqyaslı əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində ordunun 72 yüksək rütbəli şəxsinin qolu qandallanıb.
Onlardan 25-nin FETÖ ilə sıx əlaqəsi olduğu və terror təşkilatı ilə aktiv xəbərləşmələri üzə çıxıb.