TQDK-nın binası söküldü
04 sentyabr 2015 13:50 (UTC +04:00)

TQDK-nın binası söküldü

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Akademik Həsən Əliyev 17-də yerləşən binası sökülüb. Lent.az aznews.az-a istinadən xəbər verir ki, söküntü işləri aparılan yerdə yeni bina tikiləcək. Həmin bina tikildikdən sonraTQDK-nın istifadəsinə veriləcək.

Qeyd edək ki, TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır. Yeni bina tikilənə qədər isə TQDK Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. 

Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar