Tofiq Yaqubluya əlavə ittiham irəli sürülüb
26 aprel 2013 17:06 (UTC +04:00)

Tofiq Yaqubluya əlavə ittiham irəli sürülüb

İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqubluya əlavə ittiham irəli sürülüb. Lent.az-ın məlumatına görə, bu bardə “Media forum” a vəkil Akif Əlizadə verib.

Vəkil aprelin 26-da Tofiq Yaqublu ilə görüşüb: “Tofiq bəyi indiyədək Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham edirdilər. Aprelin 26-da müstəntiqlə birlikdə Bakı İstintaq Təcridxanasına getdik. Müstəntiq dedi ki, əlavə ittiham irəli sürüləcək. Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verildi və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürüldü. Bu, daha ağır ittihamdır. Çünki 233-cü maddə ictimai qaydanın pozulması hərəkətlərində iştirakı nəzərdə tuturdusa, 220.1-ci maddə kütləvi zorakılığın törədilməsi ittihamıdır. Bu maddə dörd ildən on iki ilədək həbs nəzərdə tutur. Məndə olan məlumata görə, yeni ittiham İsmayıllı hadisələrində təqsirləndirilən bütün şəxslərə elan olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476
avatar

Oxşar yazılar