Təmas xəttində monitorinq keçiriləcək
03 iyul 2013 09:44 (UTC +04:00)

Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Goranboyun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Lent.az-ın məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeniy Şarov və Uilyam Prayor keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

Oxşar yazılar