Televiziya işçiləri yol qəzasına düşdü
21 sentyabr 2015 13:54 (UTC +04:00)

Televiziya işçiləri yol qəzasına düşdü

0

Azərbaycanda televiziya işçiləri yol qəzasına düşüb.

 

APA-nın məlumatına görə, hadisə bu gün Masazır qəsəbəsində qeydə alınıb. “Dünya” TV-nin çəkiliş qrupunu aparan “Lifan” markalı maşın “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə televiziyanın xidməti avtomobilinin sürücüsü və maşında olan operator yüngül, jurnalist Nizami Rəsulov isə ağır bədən xəsarətləri alıb.

 

N. Rəsulov APA-ya açıqlamasında qəzaya düşdüklərini təsdiqləyib: “Hazırda həkim müayinəsindən keçirik. Sürücü və operator yüngül xəsarət alıblar. Mənim isə xəsarətlərim ağırdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar