Təhsil Nazirliyinin əməkdaşının məhkəməsi başlayıb
15 dekabr 2017 10:16 (UTC +04:00)

Təhsil Nazirliyinin əməkdaşının məhkəməsi başlayıb

0

 

Dələduzluqda təqsirləndirilən həkim Samirə Mansurova və Təhsil Nazirliyinin keçmiş əməkdaşı Aytəkin Bağırovanın apellyasiya məhkəməsi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim  Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə hər iki qadının anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

 

 Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib.

 

 

Qeyd edək ki , hər iki şəxs vətəndaşlardan işə düzəltmək adı ilə 60 min manat alaraq mənimsəməkdə ittiham ediliblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Mansurova 8 il, A.Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan A.Bağırova məhkəmə zalında həbs edilib.

 

Adıçəkilən şəxslər hökmdən apellyasiya şikayəti veriblər.

 

Xatırladaq ki, ittihama görə, Samirə Mansurova 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib, Aytəkin Bağırova isə 2007-2010-cı illərdə Təhsil Nazirliyində məsul vəzifədə işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar