Türk müğənnisi Petek Dinçöz bir neçə ay öncə keçmiş həyat yoldaşı Can Tanrıyar barədə məhkəməyə ərizə ilə müraciət edib. Lent. az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, müğənni ərizəsində keçmiş həyat yoldaşının onu şantaj etdiyini, ona aid olmayan porno videogörüntülər yaydığını yazıb. O, 12 il yaşadığı C. Tanrıyar ilə 4 il əvvəl boşandığını bildirib. Lakin həyat yoldaşının təzyiqlərindən qorxaraq onunla qalmağa məcbur olub.
Müğənni ifadəsində 2012-ci ilin iyulunda evdən getdiyini, keçmiş həyat yoldaşı tərəfindən dəfələrlə döyüldüyünü bildirib.
Qeyd edək ki, P. Dinçöz videonun qurama olduğunu deyib.