Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini Qasımova Ülkər Rəşid qızı anasına məxsus evdən xeyli miqdarda pul və qızılın oğurlanması barədə məlumat verib. Ü.Qasımova ərizəsində qeyd edib ki, Məhəmməd Hadi küçəsində yerləşən 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən mənzilin kilidi naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb. Evdə olan 3100 manat, 2400 dollar və 200 avro, eləcə də, qızıl-zinət əşyaları oğurlanıb.
Lent.az-ın məlumatına görə, şikayətçi Ülkər Qasımova “APA Holding”in əməkdaşı, “APA TV”-nin baş prodüseridir. Ü.Qasımova Lent.az-a faktı təsdiqləyib və bildirib ki, hadisə evdə kimsənin olmadığı vaxt baş verib: “Polis əməkdaşları araşdırmalar aparırlar, ekspertiza təyin edilib. Ümumilikdə 15 min manat dəyərində ziyan dəyib”.