Bu gün İmişli rayonunda dəhşətli qətl törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Cəfərli kəndində yol kənarında yanmış halda ağ rəngli “VAZ 2107” markalı avtomobil tapılıb. İlkin baxış zamanı avtomobilin içindən İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mənsudi Orucovun meyiti aşkarlanıb. Onun qətlə yetirildikdən sonra avtomobili ilə birgə yandırıldığı ehtimal edilir.
Hazırda hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır. M.Orucov avtomobilindən taksi kimi istifadə etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.