Bu gün Bakı şəhərinin Binəqədi rayonunda avtomobil qaçırılması hadisəsi qeydə alınıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 9-cu mikrorayon, “Leyla” şadlıq sarayının yaxınlığında 2 nəfər 1986-cı il təvəllüdlü Füzuli Məhərrəmovun taksi kimi idarə etdiyi “Mercedes” markalı avtomobilə minib. Onlar Biləcəri istiqamətinə gedəcəklərini bildiriblər. Mənzil başına çatdıqda naməlum şəxslər sürücünü zəncirlə boğmağa başlayıb. Onlar F.Məhərrəmova bildirib ki, avtomobili təhvil versin və iki saat sonra Xırdalan dairəsində gəlib maşınını aparar. Çarəsiz sürücü avtomobildən düşürülüb. Avtomobil qaytarılmayıb.
Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri aparılır.