Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, "Medi Club"a məxsus təcili tibbi yardım avtomobili ilə toqquşan "Mercedes" markalı minik avtomobilində ölən şəxs 1984-cü il təvəllüdlü Əhmədov Ceyhun Vaqif oğludur.
Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib
*****
10:48
Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nobel prospektində "Mercedes" markalı minik avtomobili təcili tibbi yardım maşını ilə toqquşub. Qəza nəticəsində "Mercedes"də olan bir nəfər hadisə yerindəcə keçinib. Daha 3 nəfər, eləcə də təcili tibbi yardım maşınını sürücüsü və tibb bacısı xəsarət alıb.
Hadisə zamanı bir neçə digər avtomobil də əzilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Xətai rayonunda baş vermiş qəza ilə əlaqədar sürücülərə müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə Alfred Nobel prospektində (Neftayırma zavodunun qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı yaranması barədə xəbərdarlıq yer alıb. Sürücülərə alternativ yollardan (Babək pr.) istifadə etmələri tövsiyə olunur.