Suriyaya döyüşməyə gedən azərbaycanlını İnterpol axtarır
08 iyun 2014 18:12 (UTC +04:00)

Suriyaya döyüşməyə gedən azərbaycanlını İnterpol axtarır

Azərbaycanın hüquq-mühafizə orqanları ölkə kənarında qanunsuz silahlı birləşmələrə qoşulmuş şəxsi beynəlxalq axtarışa verib. Lent.az-ın İnterpol-a istinadən verdiyi məlumata görə, Sumqayıt sakini, 1979-cu il təvəllüdlü Pərviz Ələkbərov qanunsuz hərbi birləşmələrin tərkibində döyüşməkdə, qanunsuz silahlı birlik yaratmaqda və silah əldə etməkdə günahlandırılır. Onun azərbaycan dili ilə yanaşı türk və rus dillərində də səlis danışdığı bildirilir.

 

Anket məlumatında, P.Ələkbərovun xarakterik əlamətləri fiziki göstəriciləri də yerləşdirilib.

 

Axtarışa verilmiş şəxsin ölkədə hər hansı cinayətəməlinə qarışması da istisna edilmir.

 

Qeyd edək ki, Milli Məclis bir müddət əvvəl ölkədən kənarda qanunsuz hərbi birləşmələrin tərkibinə qoşulanlarla bağlı Cinayət Məcəlləsinə əlavələr  edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2096
avatar

Nizam Rza

Oxşar yazılar