Suraxanıda yük maşını "Jiquli" ilə toqquşdu: xəsarət alan var
28 oktyabr 2015 05:48 (UTC +04:00)

Suraxanıda yük maşını "Jiquli" ilə toqquşdu: xəsarət alan var

0

Ötən gecə Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. Şəhərin mərkəzindən  Suraxanı qəsəbəsi istiqamətində hərəkət edən "Mercedes" markalı kiçik tutumlu yük maşını  yol ayrıcında  "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub.  Qəza  nəticəsində "Jiquli"nin sürücüsü xəsarət alıb. O sonradan paytaxt xəstəxanalarının birinə müraciət etməli olub. Yol qəzasının baş verdiyi ərazidə Suraxanı Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları müayinələr aparıb. Təfərrüatlar araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar