Sünnət edilərkən ölən uşaqla bağlı cinayət işi açıldı
03 aprel 2013 14:57 (UTC +04:00)

Sünnət edilərkən ölən uşaqla bağlı cinayət işi açıldı

Aprelin 2-də Abşeron rayonunun Kürdəxanı qəsəbəsində baş vermiş faciəvi hadisə ilə bağlı cinayət işi açılıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sünnət olunarkən ölən 2 aylıq Hüseyn Qurbanlının ölüm faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 124-cü  (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb. Hazırda faktla əlaqədar araşdırmalar davam etdirilir, zəruri ekspertizalar təyin edilib.

 

Qeyd edək ki, Kürdəxanı sakini olan 2 aylıq körpə Buzovna qəsəbəsində yerləşən 14 saylı Təcili Tibbi Yardım Stansiyasında sünnət edilərkən qəfil ölüb. 2 aylıq oğlan kəskin qanitirmədən ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857
avatar

Nizam Rza

Oxşar yazılar