Sumqayıtda mebel sexi yanıb, bir yanğınsöndürən xəsarət alıb - FOTO - YENİLƏNİB
0
0
Sumqayıt şəhərində mebel sexində yanğın olub.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 1000 m² olan mebel sexi yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Əlavə məlumat veriləcək.
17:36
Sumqayıt şəhərində mebel sexi yanır.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın şəhərin Çerkassi küçəsində yerləşən mebel sexində başlayıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliliyi də məlumat yayıb.
APA-nın xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
0
0