Mayın 4-də səhər saatlarında Sumqayıt şəhəri Sülh küçəsindəki yanacaqdoldurma məntəqəsinin ərazisində şəhər sakini Arif Mirzəyev idarə etdiyi “PAZ 32054” markalı avtobusla Corat qəsəbə sakini Mustafa İsgəndərovu vurub. Xəstəxanaya yerləşdirilən M. İsgəndərovun həyatını xilas etmək mümkün olmayıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi digər məlumata görə, mayın 5-də saat 04 radələrində Sumqayıt şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 30-35 yaşlı kişi vurulub. Həmin şəxs hadisə yerində ölüb.
Hər iki faktla bağlı Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
*****
12:41
Mayın 4-də Azərbaycan yollarında baş vermiş qəzalarda 5 nəfər dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, gün ərzində ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həlak olan 5 nəfərdən başqa 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Gün ərzində ən ağır qəza Cəlilabadda qeydə alınıb. Minik avtomobilinin kanala aşması nəticəsində iki qardaş həlak olub. Sumqayıtda isə 2 piyada avtomobil vurmasından ölüb.
Hər bir hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.