“Kaspian Sea” şirkətinin avtomaşını qeyri-qanuni satılıbmış...
İyulun 8-nə keçən gecə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən Samir Rüstəmova məxsus “Mitsubishi Pajero” markalı avtomaşın qaçırılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı avtomaşının “Kaspian Sea” şirkətinə məxsus olması, Bakı şəhər sakini Rəşad Qasımov tərəfindən qeyri-qanuni olaraq Samir Rüstəmova satılması və bununla əlaqədar şirkətin əməkdaşları tərəfindən götürülərək dayanacağa qoyulması müəyyən edilib.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.