BMW "zebra"nı keçən piyadanı vurub öldürdü
06 fevral 2015 00:46 (UTC +04:00)

BMW "zebra"nı keçən piyadanı vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, BMW markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

 

1991-ci il təvəllüdlü Nicat Ağayev BMW markalı Sumqayıtın Sülh küçəsi ilə hərəkətdə olarkən piyada keçidinin üzərində 1985-ci il təvəllüdlü Əzimov Rəfael Ərşadxan oğlunu vurub. 30 yaşlı piyada hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176

Oxşar yazılar