Sumqayıtda ağır qəza: <span style="color:red;">20 yaşlı gənc öldü
29 dekabr 2014 10:09 (UTC +04:00)

Sumqayıtda ağır qəza: 20 yaşlı gənc öldü

Sumqayıtda ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. 1994-cü il təvəllüdlü Səmədov Pərviz Etibar oğlunun (sürücü) cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 90
avatar

Oxşar yazılar