Bakı-Sumqayıt istiqamətində qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslara qarşı tədbirlər davam etdirilir. Bakı Sərnişin Nəqliyyatı Departamentindən Lent.az-a verilən məlumata görə, müfəttişlər Bakı - Sumqayıt istiqamətində qeyri qanuni fəaliyyət göstərən avtomobil vasitələrinə qarşı növbəti reyd keçirib. Yoxlamalar zamanı nəqliyyat vasitəsi sərnişindaşıma qaydalarını pozan, qeyri qanuni fəaliyyət göstərən sürücülər cərimə olunub.
Departament reydləri bundan sonra da davam etdirəcək.