Soyğunçuluqla məşğul olanlar tutulub
02 noyabr 2015 15:04 (UTC +04:00)

Soyğunçuluqla məşğul olanlar tutulub

0

Oktyabrın 31-də Z.Həsənovdan soyğunçuluq yolu ilə alınmış avtomobil Nardaranda tapılıb.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Zahir Həsənovdan soyğunçuluq yolu ilə alınmış “Opel” markalı avtomobil Nardaranda aşkar olunub. Hadisənin Bakı şəhər sakini Ceyhun Mütəllimzadə tərəfindən törədilməsi də müəyyən edilib.

 

Bundan başqa, eyni tarixdə  Suraxanı RPİ 30-cu PB və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Voloşina məxsus mobil telefonu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakinləri Qadir Mirzəyev və Elnur Süleymanov tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar