“Son sutka ərzində Bakıda 5 avtoqəza baş verib”. Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib.
Onun sözlərinə görə, baş vermiş qəza nəticəsində 8 nəfər zərər çəkib. Onlardan 1 nəfəri ölüb, 7 nəfər isə xəstəxanalara yerləşdirilib.