“Son sutka ərzində Bakıda 3 avtoqəza baş verib”. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Baş həkimin müavininin sözlərinə görə, qəzalar zamanı 22 nəfər yaralanıb: “Həmin şəxslər də paytaxt xəstəxanalarına yerləşdirilib”. O. Şahmalıyev onu da bildirib ki, avtoqəzalar zamanı ölən olmayıb.
O. Şahmalıyev onu da vurğulayıb ki, son sutkada paytaxt ərazisində suda boğulma hadisəsi qeydə alınmasa da, bir günvurma hadisəsi ilə bağlı tibbi yardıma müraciət olunub: “Bir azyaşlı oğlanı gün vurmuşdu. Ona ilkin tibbi müayinə göstərilib”.
Qeyd edək ki, dünən 113 saylı avtobusun aşması nəticəsində xəsarət alan və 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 13 nəfərin hamısı evə buraxılıb.