Şirvanda maşın sərxoş piyadanı vurdu
03 oktyabr 2015 00:29 (UTC +04:00)

Şirvanda maşın sərxoş piyadanı vurdu

0

Şirvanda avtomobil sərxoş vəziyyətdə olan piyadanı vurub. 

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 23.15-də Şirvan şəhərinin “köhnə şəhər” massivində qeydə alınıb.

 

Şirvan sakini, 1981-ci il təvəllüdlü Səfərov Əliyusif Mehman oğlu idarə etdiyi VAZ 2107 markalı 90 KS 197 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yola sərxoş vəziyyətdə çıxan Sabirabad rayonu Şıxsalahlı kənd sakini, 1969-cu il təvəllüdlü Əkbərov Razi Əlisahib oğlunu vurub. Sonuncu ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar