Şirvanda 2 piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhərində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla 2 piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü Qayıbalıyev Nazir Lazım müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Şirvanda 2 piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün saat 21:30 radələrində Şirvan şəhərində, Heydər Əliyev prospektində VAZ 21011 markalı 24 BC 833 nömrəli avtomobil 2 piyadanı vurub.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Şirvan sakini, 2004-cü il təvəllüdlü Dədəyev Rövşən Zaur oğlu və 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı Abdulla Əkər xəstəxanaya çatdırılarkən yolda ölüblər.
Sürücü, 1964-cü il təvəllüdlü Qayıbalıyev Nazir Lazım oğlu hadisə yerindən qaçıb. Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.