“Türkiyənin İzmir şəhərinin Şirincə kəndinə mələk qiyafəli Nərgiz Kılıkçı adlı qız gətiriblər”. Bunu Lent.az-ın Şirincəyə ezam olunmuş əməkdaşı Səbuhi Məmmədli bildirib. S. Məmmədli onu da bildirib ki, həmin “mələk” insanlarla söhbətləşərək, onları təmkinli olmağa çağırıb.
“Mələk” əsəbi zəif olan insanlarla söhbət edir, onların hər şeyin yaxşı olacağına inanmağa, narahat olmamağa çağırır” - deyə, Lent.az-ın əməkdaşı vurğulayıb.
Qeyd edək ki, artıq bu gün yerli vaxtla səhər saatlarından etibarən avtomobillərin kənd ərazisinə girişi qadağan edilib.