Silahlı Qüvvələrin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək
07 sentyabr 2015 11:01 (UTC +04:00)

Silahlı Qüvvələrin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

0

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Lent.az Müdafiə Nazirliyinin saytına istindən bildirir ki, bu gündən sentyabrın 11-dək Marmaris şəhərində (Türkiyə Respublikası) “Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi” kursu, 18-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Hərbi-Mülki əməkdaşlıq” kursu, oktyabrın 16-dək Vişkov şəhərində (Çexiya Respublikası) Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu, noyabrın 27-dək Şrivenhəm şəhərində (Böyük Britaniya) Hərbi İngilis dili kursu, dekabrın 18-dək Vilnüs şəhərində (Litva Respublikası) kiçik rütbəli zabitlər üçün qərargah kursu, sentyabrın 8-dən 16-dək Varşava şəhərində (Polşa Respublikası) NATO Standartlaşdırma kursu keçiriləcək. 
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar