Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Oktyabr
23 oktyabr 2015 20:12 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Oktyabr

0

GÜNÜN ŞƏRHİ

 

Nəzəri baxımdan yanaşsaq, Əsədin istefa verməsi indiki vəziyyətdə hər kəsin maraqlarına cavab verir. Suriya bataqlığına girib çıxa bilməyən Rusiyanın da, Moskvanın Suriya gedişindən pat vəziyyətinə düşən ABŞ-ın da, suriyalı qaçqınların axınından əziyyət çəkən Avropanın da. Elə varlığı Qərb, İran və Rusiyadan asılı olan Əsədin özünün də. Suriya prezidentinin həyatına və varidatına qarantiya veriləcəyi təqdirdə istefa verməsi, yaxud müxalifətlə barışıq elan etməsi praktiki baxımdan mümkün görünməsə də, yaxın zamanlarda belə bir addımın atılacağı istisna deyil. Bu təxəyyüldən doğan proqnoz deyil. Səudiyyə Ərəbistanının Əsədin hakimiyyətdən getməsinə yaşıl işıq yandırmaq üçün Rusiyaya 300 milyard dollar təklif etməsi, bundan sonra Əsədin Moskvaya qəfil səfəri, daha sonra Suriya müxalifətinin Kremlə dəvət olunması belə bir proqnozun meydana çıxmasına səbəb olub. Suriya münaqişəsində obyektiv faktorlar formalaşıb. ABŞ İranla münasibətləri normallaşdırmaqda maraqlıdır, bu səbəbdən Tehranın bəzi regional maraqları ilə də hesablaşmağa məcburdur. Rusiya hərbi əməliyyatları davam etdirsə də, iqtisadi potensialı Suriyada uzun müddət qalmağa imkan vermir. Suriya ordusu bir neçə şəhəri İŞİD-dən azad etsə də, Əsəd Rusiya və İranın dəstəyi olmadan ölkənin bütün ərazilərini terrorçu qruplaşmadan təmizləməyə qadir olmadığını bilir. Formalaşan situasiya müharibənin dayandırılmasını və bütün tərəflərin masa arxasına əyləşməsini zəruri edir. Qurdlar süfrəsində tərəflərin hamısının aclığını doyura biləcək tək yem isə Əsəd ola bilər... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar