Bu gün Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, bugünkü prosesdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verib. O bildirib ki, anası Gülər Əhmədova ilə bağlı bütün məsələləri ona danışıb: “Anam demişdi ki, Elşad Abdullayevdən iki dəfə 500 min manat pul alıblar. Özü də pulu Mərdəkan yolunda almışdılar”.
S.Babayevanın oğlunun sözlərinə görə, anası ona deyib ki, G.Əhmədova ilə münasibətləri 2005-2006-da korlanıb, əvvəlki kimi rəfiqə olmayıblar. Buna da səbəb isə sabiq deputatın E.Abdullayevdən pul alıb, onu geri qaytarmamağı imiş.
A.Məmmədov deyib ki, onun anasını Türkiyəyə Gülər Əhmədova göndərib: “Anamın ölümündə günahkar Gülər Əhmədovadır”.