Sevinc Babayeva Türkiyəyə nəyə gedibmiş? – Şahid ifadəsi
04 noyabr 2013 16:10 (UTC +04:00)

Sevinc Babayeva Türkiyəyə nəyə gedibmiş? – Şahid ifadəsi

Bu gün Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi şahid ifadələri ilə davam etdirilib.

 

Özünü videoekspert kimi təqdim edən şahid Səyyarə Heydərova bildirib ki, o, Gülər Əhmədova ilə bağlı kadrlara baxan kimi onların montaj olduğunu bilib və dərhal onun oğlu Toğrulla əlaqə saxlayıb: “Biz internet klubda görüşdük. Mən Toğrula görüntülərin hansı hissələrinin montaj olduğunu dəqiqliklə göstərdim.”

 

S.Heydərova deyib ki, daha sonra bu kadrları ekspertiza üçün Peterburqa, buradan cavab almadıqda isə Moskvaya göndərib. Lakin Azərbaycan tərəfi həmin ekspert rəyini qəbul etmədiyi üçün yazışmalar dayandırılıb.

 

G.Əhmədova şahidin ifadəsinə müdaxilə edərək bildirib ki, istintaq zamanı müstəntiqdən kadrların Moskvaya ekspertizaya göndərilməsini xahiş edib, ancaq müstəntiq ona deyib ki, bu işə xərclədiyi pul havaya uçacaq, çünki o rəyi qəbul edə bilməzlər. Bundan sonra G.Əhmədova S.Heydərovanın xidmətindən istifadə etməyib.

 

Daha sonra Namiq Muradov və Nazim İsmayılov adlı şəxslər şahid qismində dindirilib. Onlar bildirib ki, keçən ilin sentyabr ayında Türkiyədə işlə bağlı səfərdə olarkən, Sabiha Gökçen hava limanında onlara bir qadın yaxınlaşıb. Özünü Seva kimi təqdim edən həmin qadın İstanbulda ürəyindən əməliyyat olacağını bildirib. O, şahidlərdən onu qarşılamalı olan şəxsə zəng etmək üçün telefon istəyib. Məlum olub ki, Sevanı qarşılamalı olan şəxs Atatürk hava limanına gedib. Sevinc Azərbaycana - şahidlərin Gülər Əhmədova olduğunu ehtimal etdiyi bir qadına zəng edib, ondan Türkiyədə onu qarşılamalı olan şəxsin nömrəsini istəyib. Bundan sonra isə şahidlər Kadıkoy yaxınlığında həmin adamla görüşərək Sevinci ona təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426
avatar

Nizam Rza

Oxşar yazılar