Şəmkirdə qatar altında qalan Sumqayıt sakini qolunu itirdi
01 oktyabr 2015 21:25 (UTC +04:00)

Şəmkirdə qatar altında qalan Sumqayıt sakini qolunu itirdi

0

Şəmkirdə bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Natiq Razim oğlu Namazov dəmir yol xəttini keçmək istəyərkən qatar onu vurub. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sağ qolu amputasiya edilib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar