Şəmkir rayonunda intihar etdiyi ehtimal edilən 28 yaşlı gəncin meyiti tapılıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şiştəpə kəndində kənd sakini, 1985-ci il təvəllüdlü Əhmədov Samir Yolçu oğlunun meyiti qonşunun tövləsinin yanındakı ağacdan asılı vəziyyətdə tapılıb.
S.Əhmədovun intihar etdiyi bildirilir. Hadisə ilə cinayət işi açılıb, müəmmalı olayın səbəbləri araşdırılır.