Şəmkirdə avtoqəza: 3 nəfər xəsarət alıb
20 mart 2013 03:23 (UTC +04:00)

Şəmkirdə avtoqəza: 3 nəfər xəsarət alıb

 

Martın 19-da 19.30 radələrində Şəmkir rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun 371-ci kilometrliyində qeydə alınıb. Tovuz Rayon İbrahimhacılı kənd sakini Elvüsal Kazımovun idarə etdiyi "QAZ-24" nömrəli avtomobil, qarşı tərəfdən gələn Şəmkir rayon Təzəkənd kənd sakini Ramiz Bayramovun idarə etdiyi "VAZ 21 011" markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində hər iki sürücü və VAZ 21 011-də  olan sərnişin Yeganə Bayramova ağır bədən xəsarətləri alıb.

 

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların səhhətinin kafi olduğu bildirilir.

 

Hadisəyə səbəb  yüksək sürətin olduğu bildirilir. Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607
avatar

Oxşar yazılar