Şəmkir rayonunda yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Kepez TV-ə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. "VAZ 21015" markalı avtomaşınla "VAZ 2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəza baş verən əraziyə insanlar toplaşıb. Bu zaman yolda yarışan iki "VAZ 2107" markalı avtomobil kütlənin içərisinə girib. 4 nəfərin - 31 yaşlı Tovuz sakini Ədalət Mehdiyevin, Düyərli kənd sakinləri 31 yaşlı Hüseyn Balayevin, 31 yaşlı Araz Əhmədovun və 22 yaşlı Kamal Məmmədovun xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.
Ə.Mehdiyev tibbi müdaxilədən sonra evə buraxılıb. Düyərli kənd sakinləri - 31 yaşlı H.Balayev və 31 yaşlı A.Əhmədov Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Şəmkirdə ağır qəza: 4 yaralı
Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17