Azərbaycanda qardaş qardaşını GÜLLƏLƏDİ
Daxili İşlər Nazirliyinin “102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonu, Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılan atəşdən xəsarət alması barədə müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirdiyi müəyyən edilib.
E.Məmmədov saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
905