Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küncüt kəndində (rayon mərkəzindən 25 km aralı) "KAMAZ" markalı yük avtomobilinin yolun kənarına aşması barədə məlumat daxil olub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetmədən çıxaraq aşan avtomobilin içərisində 1 nəfər sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən vətəndaşı xilas edarək aidiyyəti üzrə təhfil veriblər.
Əməliyyat saat 08:15-də başa çatıb.