Şəki sakini qohumu tərəfindən bıçaqlandı
11 sentyabr 2015 01:46 (UTC +04:00)

Şəki sakini qohumu tərəfindən bıçaqlandı

Şəkidə 47 yaşlı kişi qohumu tərəfindən bıçaqlanıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 10-u axşam saat 19:30 radələrində rayonun Oxud kənd sakini 1968-ci il təvəllüdlü, Mustafa Mürsəl oğlu İsmayılov bədənin sol bel nahiyəsinin kəsilmiş-deşilmiş, lakin qarın boşluğuna nüfuz etməyən bıçaqlanma xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 47 yaşlı Mustafa İsmayılov yaxın qohumu tərəfindən bıçaqlanıb. Mustafa İsmayılovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ)  APA-ya verilən məlumatda Mustafa İsmayılovun hələ ki şəxsiyyəti istintaqa məlum olmayan qohumu tərəfindən bıçaqlanması faktı təsdiqlənib.

 

Bildirilir ki, hazırda Şəki ŞRPŞ-nin təhqiqat bölməsinin əməkdaşları hadisə baş verən Oxud kəndində araşdırmalar aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar