Şəhid qızının öldüyü hadisə ilə bağlı <span style="color:red;">NÖVBƏTİ RƏSMİ MƏLUMAT
04 dekabr 2017 12:06 (UTC +04:00)

Şəhid qızının öldüyü hadisə ilə bağlı NÖVBƏTİ RƏSMİ MƏLUMAT

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi keçən ay Səbail rayonunda baş vermiş avtomobil qəzası ilə bağlı birgə məlumat yayıb.

 

Lent.az-a daxil olan məlumatda bildirilir ki, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Məmmədov Arif Məmməd oğlu (ad, soyad şərtidir) tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, A.Məmmədov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. A.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunması təmin ediləcək. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, bir müddət əvvəl qəzanın iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbərinin oğlu, 17 yaşlı Rəhim Rəhimov tərəfindən törədilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Həmin məlumatda bildirilib ki, R.Rəhimov hadisə yerindən qaçsa da, 20 gün sonra polis idarəsinə gələrək könüllü törətdiyi əməli etiraf edib.

 

Onu da qeyd edək ki, "JEEP"in vurub öldürdüyü qadın şəhid qızıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar