Səhər gəlib gözətçinin meyitini gördülər
01 aprel 2013 11:21 (UTC +04:00)

Səhər gəlib gözətçinin meyitini gördülər

0

Bu gün Bakıda daş sexindən meyit tapılıb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı-Qaraçuxur yolunun kənarında, “Əfsun” şadlıq evinin yaxınlığındakı daş sexində oranın gözətçisinin meyiti tapılıb. Sex əməkdaşları səhər işə gələndə Valeh adlı gözətçinin meyitini aşkarlayıblar. Meyit ekspertizaya göndərilib. 40-45 yaşlı kişinin hansı səbəbdən və hansı şəraitdə öldüyü hələlik bilinmir.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1021

Oxşar yazılar