Azərbaycanda saxta əsginasları istifadə edən daha bir şəxs tutulub. Lent.az-aın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər qəsəbəsinin ərazisində Rusiya Federasiyası vətəndaşı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılıb.
Onun üstünə baxış zamanı 39 ədəd 5000, 25 ədəd 1000 və 10 ədəd 500 rus rublu olan saxta əsginaslar (225000), habelə 1 ədəd 20000, 1 ədəd 10000, 2 ədəd 5000, 2 ədəd 1000, 1 ədəd 500 və 3 ədəd 50 Belarus rublu olan saxta əsginaslar (42650) aşkar edilərək götürülüb.