Sarkisyan və Kasprşik təmas xəttindəki vəziyyəti müzakirə etdilər
05 sentyabr 2015 20:50 (UTC +04:00)

Sarkisyan və Kasprşik təmas xəttindəki vəziyyəti müzakirə etdilər

0

Ermənistan prezidenti  Serj Sarkisyan və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistan və Azərbaycan  qoşunlarının təmas xəttindəki  vəziyyətlə bağlı məsələləri müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

“Tərəflər təmas xəttində atəşkəs rejiminin pozulması hallarının artmasından narahatlıqlarının ifadə ediblər”, deyə məlumatda bildirilir.  

 

Sarkisyan münaqişə tərəflərinin təmas xəttində baş verən insidentlərin araşdırılmasına dair ATƏT Minsk qrupunun təklif etdiyi mexanizmlər üzrə razılığın əldə olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu qoşunların təmas xəttində gərginliyin azaldılmasına imkan verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar