Qusarda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, vətəndaşa məxsus “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1969-ci il təvəllüdlü Şahbazov Mehdi Əziz oğlunun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil verib.