Salyanda canavarlar kəndə hücum edib
14 fevral 2015 17:03 (UTC +04:00)

Salyanda canavarlar kəndə hücum edib

0

Salyanda  canavarlar kəndə hücum çəkərək atı parçalayıb.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Salyan rayonunun Qırxçıraq kəndində şəxsi təsərrüfata hücum edən canavarlar İbrahim Məmmədova məxsus atın balasını parçalayıb.

 

Təsərrüfat sahibi evdən bir qədər aralıda bağladığı ata baxmaq istəyərkən balasının canavarlar tərəfindən parçalandığını görüb.

 

Kənd sakinləri  ərazi icra nümayəndəsini məlumatlandıraraq tədbirlər görülməsini xahiş ediblər. Onlar bildirir ki, Qırxçıraq kəndi bir neçə dəfə canavarların hücumuna məruz  qalıb və nəticədə kənd sakinlərinə xeyli maddi ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar