
Salyanda 47 yaşlı qadın bıçaqlandı
Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, 47 yaşlı rayon sakini Xanım Bədəlovanın bıçaq yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 30 yaşlı Tural Abbasov saxlanılıb. Dindirmə zamanı T.Abbasov etdiyi cinayəti etiraf edib.
Müstəntiq Əlizadə Cəfərov bildirib ki, Salyan rayon sakini Şahsuvarov Elman Əzizağa oğluna məxsus lombarda pul ödəniş etmək məqsədilə gəldikdən sonra orada işləyən 1970-ci il təvəllüdlü Salyan rayon sakini Bədəlova Xanım Edik qızı ilə ödənişlə bağlı aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Tural Abbasov üzərində olan bıçaqla Xanım Bədəlovaya bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

"Heç bir cinayət əməlim yoxdur" - Aytən Səfərova DANIŞDI - YENİLƏNİB
12 avqust 2025 , 12:18
Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - YENİLƏNİB
12 avqust 2025 , 11:55
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
12 avqust 2025 , 11:19
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU
12 avqust 2025 , 11:09
Masazırda 2 yaşlı uşağı it dişlədi -FOTOLENT
12 avqust 2025 , 10:35
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi
12 avqust 2025 , 10:26
Kəlbəcərdə yük maşını aşdı, ölən var
12 avqust 2025 , 10:22