Şadlıq evində ofisiant və barmen toy sahibini belə soydu <span style="color:red;">- TƏFƏRRÜAT
31 iyul 2018 11:12 (UTC +04:00)

Şadlıq evində ofisiant və barmen toy sahibini belə soydu - TƏFƏRRÜAT

Kürdəmirdə toy məclisindən edilmiş oğurluq əməli ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının kənarındakı məşhur “Nicat Plaza” şadlıq evində baş verib. İyulun 28-də burada Mollakənd kənd sakini olan “Con” ləqəbli C.İsayevin toyu olub.

 

Toy məclisinin yekununda şadlıq evinin dəhlizində quraşdırılmış kassadakı pulların təxminən yarısının oğurlandığı məlum olub. Bəlli olub ki, toya yazılan pullardan 4700 manatı yoxdur.

 

İlkin araşdırmalardan sonra məlum olub ki, pulları həmin şadlıq evində ofisiant və barmen kimi işləyən Qağaclı kənd sakinləri Tərlan Mazanov və Ruhan Bəşirzadə oğurlayıb. Hər iki dost əvvəlcədən plan hazırlayıblar və kassanın arxa hissəsindəki taxtanı aralayıblar. Toy zamanı onlar ehtiyatla kassaya yaxınlaşaraq zərflərdə kassaya atılmış pulların bir həssini götürüblər və heç nə olmamış kimi işlərinə davam ediblər.

 

Artıq hər iki şəxs tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar